Menu

Yaponiyada baş verən zəlzələdə ölən və yaralananların sayı artıb

08.09.2018, 19:40
Yaponiyada baş verən zəlzələdə ölən və yaralananların sayı artıb

Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələdə ölənlərin sayı 35 nəfərə çatıb. Bu barədə "Report" NHK telekanalına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı daha 640 nəfər xəsarət alıb. Hazırda 3 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, zəlzələ 6,7 bal gücündə qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol