İspaniyadan Rusiyaya uçan təyyarə təcili eniş edib.
“Report”un Rusiya KİV-inə istinadla verdiyi məlumata görə, buna səbəb avialaynerdəki sərnişinlərdən birinin halının pisləşməsi olub.
Belə ki, İspaniyanın “Privilege Style” aviaşirkətinə məxsus təyyarə Saraqosadan Sankt-Peterburqa uçarkən sərnişinlərdən birinin səhhəti qəfil pisləşıb. Sərnişin bayılandan sonra kapitan Vilnüs hava limanına təcili eniş qərarını verib. Burada təyyarəyə çağırılan həkim briqadası xəstənin öldüyünü müəyyənləşdirib.


Şərhlər