Dünyada 2017-ci ildə xoşbəxtlik səviyyəsi son 10 ildə ən aşağı səviyyədə olub."Report" RBK-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın "Gallup" İnstitutunun sorğusunun nəticələri göstərir.
Araşdırma stress və narahatlıq hisslərini ifadə edən insanların sayının artmaqda olduğunu təsdiqləyib.
Tədqiqatçılar əhalisi xoşbəxt olmayan ölkələr sırasında ilk yerə müxtəlif qruplaşmalara arasında baş verən döyüşlər nəticəsində onminlərlə insanın ev-eşiyini tərk etməyə məcbur olduğu Mərkəzi Afrika Respublikasını layiq görüblər.
Bu baxımdan ikinci sırada əhalisinin 59% xoşbəxt olmayan İraq qərarlaşıb. Siyahıda Cənubi Sudan (55%), Misir (47%) və İran (45%) da var.
Müsbət emosiyalar üzrə liderlər isə Latın Amerikası ölkələridir. Belə ki, əhalisi ən xoşbəxt olan ölkələrin sıralamasında ilk üç yeri Paraqvay (85%), Kolumbiya və Salvador (hər ikisi 82%) tutub.
Qeyd edək ki, Azərbaycanda aparılan sorğunun nəticələrinə əsasən, əhalinin yalnız 19%-i özünü xoşbəxt hiss etmədiyini bildirib. Ölkəmizdə hər 10 respondentdən 4-ü xoşbəxt olub-olmadığı barədə sualı cavablandırmaqda çətinlik çəkib.
Ümumilikdə, sosioloqlar dünyanın 147 ölkəsində yetkin insanlardan bir gün əvvəl müsbət emosiyalarla yaşayıb-yaşamadıqlarını soruşublar. Sorğuda toplam 145 mindən çox insan dindirilib.
"AzPolitika.info" qeyd edir ki, əhalisi ən xoşbəxt olan ölkələrin sıralaması maraq doğurur. Siyahıya həyat səviyyəsi yüksək olan ölkələr deyil, əhalisinin ağır güzəran keçirdiyi, korrupsiyanın geniş yayıldığı ölkələr başçılıq edir.
Siyahıda ilk yerdə olan Paraqvay iqtisadiyyatı zəif inkişaf edib, adambaşına milli qəlir hətta qonşuları Venesuela, Argentina, Braziliya, Meksika və Çiliyə nisbətən 5-6 dəfə aşağı səviyyədədir. Kolumbiya və Salvadorda da vəziyyət təxminən eynidir. Görünür "aclıq olsun, kef olsun" məsəli tək Azərbaycana aid deyil.
Ərazisinin 20 faizi işğalda, 1 milyon qaçqını və məcburi köçkünü, ən azı bir o qədər də "didərgini" olan Azərbaycan əhalisinin 81 faizinin özünü xoşbəxt hesab etməsi isə ayrıca tədqiq olunmalı bir mövzudur.
AzPolitika.info


Şərhlər
Azərbaycanda "minamata" xəstəliyi özünü açıqca göstərir... Hamısı uzun müddət çirkli su (Kürün "kimyəvi kokteyli") içməyin fəsadıdır!
ABŞın "Gallup" İnsтiтuтu neçə şəhər və kəndlərimizdə sorgu keçiriblər? Тəxmini hal belədir: A/3,6 milуon uşaqlar cəlb olunmur; B/Milуon уarım vəтəndaş dovləт xidməтindədir; C/Dord milуon vəтəndaş hər şəraiтdə çalışır ki, уaşaуa bilsin; D/Уüz min şəxs isə pulları qoуmaga уer axтarır. Уəqin ki, 66 min уeni gəlin və bəуlər ozlərini xoşbəxт hiss edirlər.
sorgu ola bilsin memurlar arasinda kecirilib.
yəqin ki sorğu prezident aparati və nazirlər kabinəsinin işciləri o cümlədən milli məclisin deputatlari arasinda aparilib.
Amerikanın Zamin Hacı demişkən "Gəlindabavagen" İnstitu çox güman ki, Amerikadakı Azərbaycan səfirliyinin işçilərindən, ya da ki, Z.Məmmədovun oğlu Anar bəydən (dədəsi hakimiyyətdə olan zaman) soruşublar. Təbii canım onlar da bunu ərz edəcəklər ki, "biz xoşbəxtik". Onlar bu cavabı verəndə özlərini fikirləşiblər, "tikanlanmış körpüdən" (Z.H.) intihar edənləri yox.