Menu

ABŞ-da Tumsboro şəhəri 1,7 milyon dollara satışa çıxarılıb

16.09.2018, 16:37
ABŞ-da Tumsboro şəhəri 1,7 milyon dollara satışa çıxarılıb

ABŞ-ın Corciya ştatında Tumsboro şəhəri demək olar, bütünlüklə satışa çıxarılıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. Amerikanın "Craigslist" saytında yerləşdirilən xəbərdə bildirilir ki, şəhərin yeni alıcısı təkcə yaşayış binalarını deyil, mülki tikililəri - restoranı, oteli, dəyirmanı və hətta Tumsboronun məşhur opera teatrını alacaq.

Sadalananların hamısının bütünlükdə qiyməti - 1,7 milyon dollardır. Bu, ABŞ-ın bəzi digər iri şəhərləri, o cümlədən Nyu-Yorkdakı mənzillərin qiyməti ilə təxminən uyğun gəlir.

Restoran, dəyirman və opera teatrı ilə yanaşı, şəhərdə Viktorian üslubda tikilmiş otel, banket zalı, pambıq saxlamaq üçün anbar, qədim kresloları olan bərbərxana, qədim bank binası, 1869-cu ildə tikilmiş dəmir yolu deposu, süni göl, artezian quyusu və işlənilməmiş boksit yataqları var. Bu obyektlər şəhərin yeni alıcısına çatacaq.

Şərhlər

NURəddin 2018-09-16 16:37:14

1,7 milyon nədir ki? Bizim oliqarxlar üçün sümiçka pulu da deyil. Ziyanın oğlu Anar xəbər tutsa 1,7 milyon verib özücə alardı.Yaxşı fürsətdi. Bunu ona kim xəbər eləsin, görəsən?

miri 2018-09-16 16:37:14

Səs salmayın: məmurlarımızın "qulaqina çatar".

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol