Menu

Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb

16.09.2018, 20:28
Cəlilabadda 6 yaşlı uşağı maşın vuraraq ağır yaralayıb

Cəlilabad şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un Muğan bürosunun məlumatına görə, şəhərin M.Hüseyn küçəsində minik avtomobili 2012-ci il təvəllüdlü Cəfərov Yusif Sübhan oğlunu vurub.

Yaralı sürücü tərəfindən kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Altı yaşlı uşağın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol