Nəcməddin Sadıqovun da 11 şəhid olayına görə generalı söydüyü iddia edilir
Bərdə Korpusunun komandiri general-leytenant Nizam Osmanovun cəzalandırılacağlı ilə bağlı məlumat yayılıb.Axar.az xəbər verir ki, hazırda cəbhə bölgəsində olan nazir Zakir Həsənovun dünən erməni silahlı birləşmələrinin Ağdam və Tərtər istiqamətində olan hücumlarının qarşısının alınması zamanı rəsmən 8 (qeyri-rəsmi mənbələrə əsasən 11 əsgər) şəhid verməyimizlə bağlı N.Osmanovla sərt danışığı olub. Nazirin yaxın zamanda korpusda islahatlar həyata keçirəcəyi də istisna edilmir.
Qeyd edək ki, Nizam Osmanova bu il Ordu Günü ərəfəsində general-leytenant rütbəsi verilib. O, Bərdə korpusunun komandiri vəzifəsini 2004-cü ildən yerinə yetirir. Nizam Osmanov bu vəzifədə Qabil Məmmədovu əvəz edib.
Ana səhifə 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu açıqlama ilə isə hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində çıxış edib.
O, nazirliyin mətbuat xidmətinin cəmiyyətə vaxtında məlumat ötürməməsinin acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxardığını bildirib:“Dünən yaşananları öz kanallarım vasitəsilə araşdırmağa başladım. Yaranmış gərgin vəziyyəti cəmiyyətə doğru və düzgün çatdırmaq məsuliyyətini heç kim üzərinə götürməyə risk etmirmiş. nazir məzuniyyətdə olduğundan, Ordunun idarə edilməsi müvəqqəti olaraq Baş Qərargah rəisi (BQR) cənab Nəcməddin Sadıqova tapşırılır. O isə yaranmış gərgin situasiya ilə əlaqədar son dərəcə əsəbi şəkildə, ağzında ağır ifadələr, söyüşlər Bərdə korpusunun komandiri, iyunun 26-da general-leytenant rütbəsini almış Nizam Osmanova, faciə yaşanan hərbi hissənin komandirinə çoxsaylı hərbçi ölümü ilə əlaqədar davamlı zənglər edir və vəziyyətin nəzarətdə saxlanılmasını əmr edir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi və köməkçiləri də əsəbi vəziyyətdə olan BQR-dən mətbuat cameəsinə və cəmiyyətə hansı şəkildə məlumatın verilməsini soruşmağa qorxması, çəkinməsi belə acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxartdı”.
Hərbi ekspert yalnız Qənirə Paşayevanın müraciətindən televiziyaların qış yuxusundan oyandığını deyib:
“Bəs, sabah bütün cəbhə boyu intensiv aktiv döyüş əməliyyatları başlayarsa, vəziyyət necə olacaq? Bizim başbilənlər burada fikirləşənədək, qərar qəbul edənədək, erməni rəsmi və qeyri-rəsmi mənbələri bütün dünyaya istədikləri dezinformasiyaları, bizi ittiham edən "əşyayi-dəlillərlə" dolu informasiyanı yaymağa nail olurlar. Elə dünən şəhidlərlə bağlı xəbər məlum olandan sonra səhər saatlarında bir çox rəsmi və özəl televiziya kanallarında olan biabırçılıq və özbaşınalıq əndazəyə sığmadı. Tanınmış millət vəkili Qənirə Paşayevanın israrlı müraciətindən sonra televiziyanın yay yuxusuna getmiş rəhbərləri nəhayət ki, cəbhə bölgəsində yaşanmış ağır faciənin miqyasını anlamağa başladılar. Məgər bunun üçün də kimlərdənsə icazə alınmalı idi?”

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin. Bizim dünən də, bu gün də, sabah da Şəhidlərimiz olacaq!”


Şərhlər