Menu

İspaniya klubu "Qarabağ"ın rəqibindən FIFA-ya şikayət edib

18.09.2018, 17:31
İspaniya klubu "Qarabağ"ın rəqibindən FIFA-ya şikayət edib

İspaniyanın "Rasinq" klubu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Portuqaliyanın "Sportinq"indən FIFA-ya şikayət edib. "Report" "O Jogo"ya istinadən xəbər verir ki, bu barədə Santander təmsilçisinin prezidenti Viktor Blanko bildirib. Şikayətə səbəb “Sportinq”in futbolçu Markos Akunyanın transferi üçün nəzərdə tutulan 1,37 milyon avronu ödəməməsidir.

Qeyd edək ki, Akunya 2017-ci ilin yayında "Rasinq"dən "Sportinq"ə keçib. O, 11 dəfə Argentina millisinin də formasını geyinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol