Menu

"Rusiya Ermənistanın öz ordusunu Qarabağdan çıxartmasına nail olmalıdır" - Amerikalı ekspert

19.09.2018, 14:38
"Rusiya Ermənistanın öz ordusunu Qarabağdan çıxartmasına nail olmalıdır" - Amerikalı ekspert

“Nikol Paşinyanın rəsmi Bakını təhrik etməyə yönələn bəyanatları tam yersizdir, Ermənistanda və regionda vəziyyəri daha da qarışdırır”.

Bunu “Report”a amerikalı politoloq, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys deyib.

O qeyd edib ki, N.Paşinyanın bu cür bəyanatları fonunda Türkiyə Prezidenti Azərbaycanla dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirir.

P.Teysin fikrincə, bütün bu addımlar, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin Bakıya qarşıdakı səfəri, Avropanın təhlükəsizliyi məsələləri, habelə regionun iqtisadi prosesləri ərtaflı şəkildə araşdırılmalıdır.

“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sonuncunun iqtisadiyyatına böyük zərər vuraraq Kremlin regiondakı təsirini zəiflədir. Rusiya Ermənistanın öz ordusunu beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan bütün ərazilərdən çıxartmasına nail olmalıdır”.

Şərhlər

Bəhram Qarabağlı 2018-09-19 14:38:37

Horməтli Cənab Pуoтr Тeуs, bizim siуasəтcə "lazım gələrsə", "Kreml isтərsə" 25-40 minlik ordu ən geci bir həfтəуə Qarabagı məmnuniууəтlə Qarabagı тam тərk imkanındadır. Sadəcə, V.V.Puтin və həmkarları karуeralarını siуasi şanтajdan qoruуurlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol