Menu

Hospitalda olan yaralıların həyatına təhlükə yoxdur - MN

02.08.2014, 20:01
Hospitalda olan yaralıların həyatına təhlükə yoxdur - MN

“Son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar hazırda hospitalda olan yaralıların həyatına təhlükə yoxdur”.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Təxirəsalınmaz cərrahiyyə bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı Zirəddin Abbasov deyib.

O qeyd edib ki, son günlər cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının aparıcı mütəxəssisləri bölgələrə ezam olunublar: “Yaralılara müvafiq tibbi yardım göstərilib. İxtisaslaşdırılmış yardıma ehtiyacı olanlar müasir tibbi avadanlıqlarla, o cümlədən, həkim briqadası ilə təmin olunmuş sanitar-aviasiya ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Hospitala daxil olan yaralılara ixtisaslaşdırılmış yardım göstəriləndən sonra müvafiq bölmələrə yerləşdirilib. Onların müalicəsi müdafiə nazirinin tam nəzarəti altındadır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol