Azərbaycan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ola bilməz. Bundan ötrü KTMT-nin sənədlərinin dəyişdirilməsi lazımdır. Bu barədə RF Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov cümə günü Bakıda mətbuat konfransında bildirib.
O, Azərbaycanın KTMT-yə daxil olmasını şəxsən "alqışladığını" deyərək qeyd edib ki, qəbulla bağlı qərar konsensus yolu ilə qəbul olunur. "Lakin Ermənistan bu qərara mane olur", - o vurğulayıb.
L.Kalaşnikov qeyd edib ki, RF ABŞ-dan fərqli olaraq, Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır.
"Hesab edirəm ki, Qarabağ münaqişəsini yalnız Azərbaycan, Rusiya, Ermənistan - Əliyev, Putin və Paşinyan həll edə bilər, - o əlavə edib. (Turan)


Şərhlər
Gör bir tutduqları işe bax köpeyuşağının.
DQ ərazisinin işğal olunmasında bir maraqlı tərəf varsa o da Rusiyadır.Problemi yaradan da,problemin aradan qaldırılmasına mane olan da Rusiyadır.Belə şərhlərlə ancaq çobanları aldatmaq olar..