Menu

Şamaxıda gənc oğlan intihara cəhd edib

23.09.2018, 09:33
Şamaxıda gənc oğlan intihara cəhd edib

Şamaxı rayonunda yerli sakin intihara cəhd edib. “Report”un Şirvan bürosunun məlumatına görə, rayonun Şəhriyar qəsəbə sakini, 1995-ci il təvəllüdlü İntiqam Bəxtiyar oğlu Rəfiyev axşam saatlarında sirkə turşusu içərək özünü öldürmək istəyib.

Hadisədən xəbər tutan İ.Rəfiyevin valideynləri dərhal Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən İ.Rəfiyevin vəziyyəti ağırdır.

Onun hansı səbəbdən intihara cəhd etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol