Menu

Müdafiə Nazirliyi təkzib etdi

03.08.2014, 09:46

MN1“Zenit raket qurğularından istifadə edilmir”

“Ermənistanla münaqişədə zenit raket qurğularından istifadə edilmir”. Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı açıqlamasında bildirib.

ANS PRESS-in məlumatına görə, Vaqif Dərgahlı son günlər gərginlik yaşanan cəbhə bölgəsində Azərbaycan tərəfinin Ermənistanı zenit-raket qurğularından atəşə tutması barədə bəzi KİV-də yayılan məlumatları təkzib edib.

“Azərbaycan ordusu erməni mövqelərinin atəşində zenit-raket qurğularından istifadə etmir. Ölkənin silahlı qüvvələri erməni tərəfinin atəşkəsi pozmasına cavab olaraq adekvat tədbirlər görür. Bu zaman yalnız iriçaplı odlu silahlardan istifadə edilir." - deyə, Dərgahlı bildirib.

Qeyd edək ki, V.Dərgahlı verdiyi son açıqlamalardan birində bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən müasir silah və texnikalar var və yeri gəldikcə, onlardan düşmənə qarşı istifadə olunur və olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol