Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 26-27, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 3-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Şərhlər