Menu

UEFA Çexiya klubuna qarşı intizam işi açıb

24.09.2018, 22:17
UEFA Çexiya klubuna qarşı intizam işi açıb

UEFA Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı intizam işi açıb. "Report" qurumun saytına istinadən xəbər verir ki, araşdırma Çempionlar Liqasının I turunda evdə Rusiya MOİK-i ilə matçda baş verən hadisələrlə bağlı aparılacaq.

Həmin qarşılaşmada Çexiya təmsilçisinin azarkeşləri meydana plastik butulka və digər əşyalar atmaqda ittiham olunurlar.

Qeyd edək ki, "Viktoriya" - MOİK matçı 2:2 hesabı ilə yekunlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol