Menu

Təhsildən yayınan uşaqlar məktəblərə qaytarılacaq

03.08.2014, 12:39
Təhsildən yayınan uşaqlar məktəblərə qaytarılacaq

Bunun üçün komissiyalar yaradılacaq

Azərbaycanın şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyalar yaradılacaq.

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə öhdəliklər sırasında yer alıb.

Öhdəliklər sırasında ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin proqramlarına “Gender siyasətinin əsasları”nın tədrisinin daxil edilməsinə nail olunması, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə təkliflərin hazırlanması da əksini tapıb. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol