Menu

ABŞ prezidenti OPEC ölkələrini neftin qiymətini qaldırmaqda ittiham edib

25.09.2018, 20:44
ABŞ prezidenti OPEC ölkələrini neftin qiymətini qaldırmaqda ittiham edib

ABŞ prezidenti Donald Tramp OPEC ölkələrini neftin qiymətlərini qaldırdıqlarına görə tənqid edib. “Report” CNN-ə istinadən xəbər verir ki, o, BMT Baş Assambleyasındakı çıxışı zamanı OPEC-ə üzv dövlətlərin bu yolla digər dövlətləri talan etdiklərini bildirib.

"Bunu da heç kim bəyənə bilməz. Bu dövlətlərin bir çoxunu biz müdafiə edirik. Onlar isə bundan istifadə edərək nefti bizim üçün çox yüksək qiymətə satırlar”, - D.Tramp çıxışında deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol