Menu

Türkmənistanda bütün güzəştlər ləğv edildi

26.09.2018, 11:48
Türkmənistanda bütün güzəştlər ləğv edildi

Türkmənistan hökuməti 2019-cu il yanvarın 1-dən əhaliyə pulsuz elektrik enerjisi, qaz, içməli su və xörək duzu verməyi dayandıracaq.

Bununla bağlı Türkmənistan dövlət informasiya agentliyi məlumat yayıb.

Qərar dünən Aşqabadda keçirilən iclasda verilib.

“Türkmənistan iqtisadiyyatında azad bazar münasibətlərinin inkişafını davam etdirmək, eləcə də, elektrik enerjisi, qaz, kommunal xidmətlərin qiymətinin tənzimlənməsi məqsədilə 2019-cu il yanvarın 1-dən əhaliyə pulsuz elektrik enerjisi, qaz, içməli su və xörək duzu verilməsi dayandırılacaq”, - Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun qərarında deyilir.

Bununla yanaşı, Xalq Şurası 2019-cu il yanvarın 1-dən etibarən Türkmənistan əhalisinə elektrik enerjisi, qaz, içməli su və xörək duzunun güzəştli qiymətlərlə verilməsi qərarını qəbul edib.

Türkmənistan hökumətinə normativ-hüquqi aktların hazırlanması və prezidentə təqdim olunması tapşırılıb. /oxu.az

Şərhlər

t.ədalət 2018-09-26 11:48:50

Pullu olsa da çox ucuz olacaq.Bizdə,az qala ayaqyoluna gedən cığırı da pullu eləmək istəyirlər.

azər 2018-09-26 11:48:50

keçmiş qamunistlərin ssri dağıldıqdan sonra bu ölkədə tətbiq etdikləri iqtisadi qamunizm 25 yaşında öldü..heyif ondan!

Adam 2018-09-26 11:48:50

Gözümüz dəydi, gözümüz çıxsın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol