«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (BMT) Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin (BMT BM) 73-cü sessiyasındakı çıxışı zamanı bütün dünyanı sosializmlə mübarizə aparmağa səsləyib.
«Venesuelada 2 milyondan artıq insan, Maduronun sosialist rejiminin və onun Kubadakı sponsorlarının yaratdığı qarışıqlıqlar səbəbilə, qaçaq düşüb. Bu yaxınlara qədər Venesuela dünyanın ən varlı ölkələrindən biri idi, bu gün isə neftlə zəngin olan bu ölkə sosializm ucbatından müflisləşib, xalq isə dəhşətli aclığın məngənəsində sıxılır» - deyə, Tramp bəyan edib.
«Praktiki olaraq, harada sosializm və kommunizm mövcud olubsa, oranı korrupsiyaya və dağılmaya gətirib çıxardıb. Sosializmin hakimiyyət hərisliyi ekspansiyaya, başqalarının daxili işlərinə qarışmağa və sıxıştırmalara gətirib çıxardır. Dünyanın bütün millətləri sosializmə və onun özü ilə gətirdiyi bədbəxtliklərə qarşı durmalıdır. Biz, burada iştirak edən bütün millətlərdən bizə qoşulmağı və Venesuelada demokratiyanın bərpasına çağırmağı xahiş edirik» - Tramp əlavə edib.


Şərhlər