Menu

Tramp FED-in son qərarından narazıdır

27.09.2018, 09:56
Tramp FED-in son qərarından narazıdır

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmasından narazılığını bildirib.

“Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları Komitəsinin 2 günlük iclası başa çatıb. İclasın yekununda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə çatdırılmasına qərar verilib.

“FED-in uçot dərəcəsini artırmaqdan xoşu gəlir. Bu, məni narahat edir. Onlar ABŞ-da vəziyyət yaxşı olduğuna görə faizləri qaldırdılar. Mən bundan narazıyam”, -deyə dövlət başçısı qeyd edib.

Şərhlər

ABDULQADIR 2018-09-27 09:56:33

Senin naraziligin YENI DÜNYA QURUCULARI-nin hech vecine de deyil.Onlar nece istiyirler ele de olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol