Menu

Samur çayı üzərində yeni körpü 1 ilə hazır olacaq

27.09.2018, 11:12
Samur çayı üzərində yeni körpü 1 ilə hazır olacaq

“Azərbaycan və Rusiya Samur çayı üzərində yeni körpünün salınması ilə bağlı uzun müddətdir ki, danışır. Bu məsələdə uduzuruq. Halbuki bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinə maraq var”.

"Report" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi İqor Levetin Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında insanların rahat hərəkəti, yüklərin tez daşınması təmin olunmalıdır: “Sərnişinlər və yüksək sərhəd-keçid məntəqələrində saxlanılmamalıdır. Bunun üçün rəqəmsallaşma çox vacibdir”.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, Samur çayı üzərindəki yeni körpü layihənin reallaşdırılması ilə hazırda aktiv iş gedir: “Müvafiq infrastruktur hazırlanır. Körpü 1 ilə hazır olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol