Menu

Braziliyada daha bir prezidentliyə namizəd xəstəxanalıq oldu - Namizədlərin sayı 13-dür

29.09.2018, 10:29
Braziliyada daha bir prezidentliyə namizəd xəstəxanalıq oldu - Namizədlərin sayı 13-dür

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Braziliyada bir ay ərzində artıq prezidentliyə ikinci namizəd xəstəxanaya yerləşdirilib.

Bu dəfə, Demokratik fəhlə partiyasından olan namizəd Siru Homes San-Paulu xəstəxanasına gətirilib.

Yerli «Globo» telekanalının məlumatına görə, Homes «sidik kisəsi naşiyəsində diskomfort hiss edib».

Siyasətçinin seçki qərargahından xəbər veriblər ki, pasiyent kompüter tomoqrafiyası prosedurudan keçib. Oradaca bildiriblər ki, onun prostat vəzinin damarlarını koaulasiya (yandırma) ediblər. Prosedur uğurla keçib, ancaq namizəd bir müddət xəstənada qalmalı olacaq.

Xatırladaq ki, sentyabrın əvvəlində parlamentin Sosial-liberal partiyasından olan deputatı, prezidentliyə namizəd Jair Bolsonaru da xəstəxanalıq olub. O, Juis-di-Fora şəhərində qarın nahiyəsindən bıçaq yarası alıb. Onu əməliyyat ediblər, hazırda reabiitasiya kursu keçir.

Xatırladaq ki, Braziliyada prezident seçkiləri oktyarın 7-də keçiriləcək. Sorğuların nəticələrinə görə, Bolsonaru seçkiqabağı yarışın lileridir - seçicilərin 22 faizi ona səs verməyə hazırdır. Seçkilərdə isə 13 namizəd iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol