«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İranın neft naziri Bijən Zəngənə Amierika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampı narahat edən neft qiymətlərinin artımını dayandırmağın işlək üsulunu dilə gətirib.
Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün ABŞ liderinə sadəcə, Yaxıqn Şərqin işlərinə «burun soxmaq»dan imtina etmək və İrana öz neftini ixrac etməyə mane olmamaq kifayətdir.
«Əgər Tramp istəyirsə ki, neft qiymətlərinin qalxması dayansın, o zaman o, Yaxın Şərqin işlərinə, gərginlik yaradan, yersiz qarışmağa son qoymalı, İranın neft hasilatına və ixracına mane olmamalıdır» - deyə, «Fars» agentliyi Zəngənədən sitat gətirib.


Şərhlər