Menu

Ərdoğan Almaniyada məscid açılışına qatıldı

29.09.2018, 23:48
Ərdoğan Almaniyada məscid açılışına qatıldı

Almaniyanın Köln şəhərində tikilən məscidin açılış mərasimi olub.Virtualaz.org Türkiyə mətbuatına istinadən bildirir ki, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

O, çıxış edərkən deyib: “Belə gözəl gündə bizi qəbul edən Köln xalqına təşəkkür edirəm. Bu böhran vəziyyətində son dərəcə səmərəli bir ziyarət baş tutdu. İrqçilik, xarici düşmənçilik və anti-islama qarşı mübarizə barədə məsləhətləşdik. İnanıram ki, bu əməkdaşlığın faydaları hər kəsdən qabaq Almaniya ərazisində yaşayan 3 milyondan artıq türklər tərəfindən hiss olunacaq”.

R.T.Ərdoğan bildirib ki, yeni dövr daha parlaq və daha sakit günlərə səbəb olacaq: “Bu gün burada tarixi ana şahidlik edirik. Məscidin təməli qoyulduqda bəzi dar düşüncəli insanlar məscidin açılışına etiraz etmişdi. Məscidimiz Almaniyada yaşayan bütün müsəlmanlar üçün qürur abidəsidir. Burada olanlar, buraya gələnlər terrora qarışmaz. İslam sülh dinidir. İŞİD və ya bu kimi digər terror təşkilatlarının İslamla əlaqəsi yoxdur. Müsəlmanlar bunu bilməlidir və buna görə hərəkət etməlidirlər. Xanımların ayağını məscidlərdən kəsirlər. Niyə getməsinlər? Qeyri-müsəlman dostlarımızın könül rahatlığı ilə buralara gəlməsini təmin etməliyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol