«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib ki, ölkəsi İranın Hörmüz boğazına yönəlik iddialarına qarşı duracaq.
«İranın gəmiləri beynəlxalq su yollarında beynəlxalq hüququn ziddinə olaraq irəli sürdüyü dəniz iddiaları əsasında, gəmiləri təhdid edir. Əgər İran rejimi hesab edirsə ki, Hörmüz boğazı tam olaraq ona məxsusdur, o zaman qətiyyətlə demək olar ki, ABŞ heç vaxt bunu dəstəkləməyəcək» - deyə, Pompeo Nyu-Yorkda İrana həsr olunmuş konfransda bəyan edib.
Konfransa ABŞ nümayəndələri və Birləşmiş Ərəb Əmirlikləri (BƏM) və Səudiyyə Ərəbistanı (SƏ) da daxil olmaqla, İranın bölgədəki rəqibləri qatılıb.
Bundan başqa, Pompeo İranın ünvanına təkrar olaraq səsləndirib ki, İslam respublikası Avropada, Afrikada, Cənubi Amerikada və Asiyada terror aktları təşkil edir.
Xatırladaq ki, bundan əvvəl İranın prezidenti Həsən Ruhani bəyan eib ki, əgər ABŞ İrana qarşı sanksiyaları davam etdirsə, o zaman ölkə hakimiyyəti neft daşımaları üçün Hörmüz boğazını bağlayacaq.


Şərhlər