Menu

Cəmil Həsənlinin Brüsselə və Strasburqa səfəri başladı

13.10.2013, 20:43
Cəmil Həsənlinin Brüsselə və Strasburqa səfəri başladı

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) prezidentliyə namizədi Cəmil Həsənli oktyabrın 13-də Avropaya yola düşüb. Milli Şuranın mətbuad xidmətindən musavat.com-a daxil olan məlumata görə, o, Brüsseldə və Strasburqda Avropa İttifaqı və Avropa Şurasının rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanda mövcud ictimai- siyasi durum, Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Avropa ilə Azərbaycan arasında əməkdaşlıq, 9 oktyabr prezident seçkilərinin yekunları və seçkinin nəticələrinin saxtalaşdırılması və s. məsələlər müzakirə ediləcək. Bu ilin noyabr ayında isə Cəmil Həsənli ABŞ-a səfər edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol