Menu

AVTOBUSUN SÜRÜCÜSÜ NARKOMAN ÇIXDI! - Dəhşətli qəzaya dair ŞOK detal + VİDEO/FOTO

02.10.2018, 08:10
AVTOBUSUN SÜRÜCÜSÜ NARKOMAN ÇIXDI! - Dəhşətli qəzaya dair ŞOK detal + VİDEO/FOTO

Oktyabrın 1-də Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub.

Avtosfer.az məlumat verir ki, həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov təsdiqləyib.

Onun sözlərinə görə, dünən baş verən qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

V. Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu “Ayşən” MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik baş verməyib.

Şöbə rəisi hadisə nəticəsində 35 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, 13 yaşlı məktəblinin həyatını itirdiyini qeyd edib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

***

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

O qeyd edib ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

* * *

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, yaralılardan 22 nəfəri hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.

O qeyd edib ki, hadisə zamanı yaralanan azyaşlı xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

[gallery ids="454679,454678,454677"]

* * *

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub. “Report” xəbər verir ki, toqquşma nəticəsində, ümumilikdə, 20 nəfər xəsarət alıb. Onlardan 10-u kişi, 7-si qadın, 3-ü uşaqdır.

Yaralılardan 11 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb, onlardan biri yolda ölüb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib. Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.

Şərhlər

EJDER 2018-10-02 08:10:35

EWWI ESAS INKIWAFDU...QALDIRMA WURASINDAN XAHIW EDEK NEQLIYYATIN PULUNU ELE QALDIRSIN KI.MILLET AYAQLA GEDIB ,GELSIN,HEMDE SAQLAM INKIWAF EDER.AVTOBUS SANIBKAR-MOWENNIKLERDE MUFLIS OLAR.

X 2018-10-02 08:10:35

Bu tibbi yoxlanisindan keciren hekim hardadi?

Nəqliyyatçı 2018-10-02 08:10:35

Sərnişin daşımalarının şəxsi əllərə tapşırmaq özü cinayətdir.Ölkədə sərnişinlər dövlətə məxsus xüsusi parklarda cəmlənmiş avtobuslarla daşınmalıdır.Çünki burada səriştəli nəqliyyatçılar çalışır,reys qabağı tibb yoxlama məntəqəsi,kadrların işə götürülməsinə nəzarət, avtobusların texniki vziyyətlərinə gündəlik baxış,İş sonrası avtobuslar qayıtdıqda
növbəti reysə hazırlanması kimi nəzarətli işlər mütəmadi görülür
Özəl müəssisələrdə bu işlərin görülməsi mümkün olmadığından belə hadisələrin baş verməsi labüddü

Sedaqet 2018-10-02 08:10:35

Bundan once Ziya Memmedovun ustune qoyurduz butun bu hadiseleri. Indiki Ziya yoxdu... ... niye gunahkar axtarmirsiz? Axtarinda!!! 13 yashli mektebli rehmete gedib.ALLAH rehmet etsin! ALLAH valideyinlerine sebr versin! Demek asandi, nazirin balasi orda olsaydi indi dagidardi yeri goyu. Axi onun balasi avtobusda qatarda ne ishi var? Gelen kasibin bashina gelir . Uzuldum... bilirem ki bu hadisede cezasiz qalacaq. Cunki avtobus xetti hansisa memura aiddi. Onlar ise toxunulmazdi. Yazix kasib...

İşsiz 2018-10-02 08:10:35

Qudrət bəy həmişə tələb edirdi ki,Sürücülərin öyrənməsi üçün yeni kurslar açılsın.Mən dəfələrlə Qudrət bəylə bu məsələni muzakirə eləmişik....

Sual 2018-10-02 08:10:35

Demiryolu idaresinin muhafize reisi Mehdi olanda bele qezalarin sayi durmadan bele artar. İki kalidor sinif tehsili olmayan muhafize idaresinin reisi vaxtile demir yolu sefinin cangudeninden o yana kecmeyib. Bes nece olmalidir ki.. buna baxmayaraq Xezer rayonu erezisindeki demiryolu etrafinda qum cinqil bazari tikinti materiallarinin tokulub satiımasi bas alib gedir haqq verirler onun ucun. Neticesude budur demir yolunun muhavizesinin. Cavid qurbanov bir baxsanami ya...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol