Menu

Döyüş təyyarələri cəbhə boyu uçuşları davam etdirir

04.08.2014, 11:37
Döyüş təyyarələri cəbhə boyu uçuşları davam etdirir

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri cəbhə xətti boyu uçuşları davam etdirir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təyyarələr bu gün səhər saatlarından etibarən təmas xətti boyu müşahidə xarakterli uçuşlar həyata keçirir.

Təyyarələrin Ağdam, Goranboy, Tərtər, Füzuli, Beyləqan və Xocavənd istiqamətində uçuşları müşahidə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol