Menu

«NATO hücum kiberdəstələri yaradır» - Stoltenberq

04.10.2018, 09:24
«NATO hücum kiberdəstələri yaradır» - Stoltenberq

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans öz milli informasiya şəbəkələrini qorumaq üçün kibernetik-hücum qüvvələri yaradır.

«Biz, kiber hücumların sayı və təhlükəsinin artdığını görürük. Odur ki, biz, özümüzün kibernetik imkanlarımızı artırırıq - həm NATO-nun informasiya şəbəkələrini, həm də alyans ölkələrinə öz milli şəbəkələrini qorumaq sahəsində köməklik köstərmək üçün» - deyə, Stoltenberq bildirib.

NATO ölkələri müdafiə nazirlərinin danışıqlarına yekun vuraraq, Stoltenberq qeyd edib ki, yeni struktur alyans ölkələrinin daxili işlərinə qarışmağın qarşısını almağa imkan verəcək.

«Biz, daxili siyasi işlərə qarışmaq məsələsində, kritik infrastrukturlara hücum məsələsində kibernetik imkanların tətbiqini gördük və bu imkanlar gələcəkdə istənilən hərbi münaqişələrin bir hissəsi olacaq. Odur ki, qərar qəbul etdik - kiberhücumlar da kollektiv müdafiə haqqında 5-ci maddənin tətbiqinə gətirib çıxara bilər» - Baş katib bəyan edib.

Onun sözlərinə görə, kibernetik qüvvələr həm də «İslam dövləti» qruplaşması ilə mübarizə məsələsində böyük təsirini göstərəcək və NATO ölkələrinin müdafiə imkanlarını genişləndirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol