Menu

Gəncə sakini özünü Bakı-Tbilisi qatarının altına ataraq intihar edib

04.10.2018, 10:47
Gəncə sakini özünü Bakı-Tbilisi qatarının altına ataraq intihar edib

Gəncədə intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, ötən gecə saat 3 radələrində 60 yaşlarında olan şəhər sakini Bağırov Abbas Novruz oğlu özünü Bakı-Tbilisi sərnişin qatarının altına ataraq intihar edib. Onun cibindən çıxan kağızda xəstəlikdən əziyyət çəkdiyi, bu xəstəlikdən bezdiyi səbəbindən yaşamaq istəmədiyi qeyd olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol