Menu

Tikinti materialları bahalaşır: Səbəblər...

04.10.2018, 17:43
Tikinti materialları bahalaşır: Səbəblər...

Natiq Cəfərli: “Gömrük rüsumlarının tam həcmdə ödənilməsi tikinti materialları bazarındakı qiymət artımının əsas səbəblərindən biridir”

Azərbaycanda bəzi tikinti materialları ilə bağlı yerli istehsal olsa da, əksəriyyəti xaricdən idxal olunur. Xüsusən də qonşu Rusiya v Türkiyədən gətirilən inşaat materialları bazarda mühüm yer tutur. Son dövrlərdə adı çəkilən ölkələrin milli valyutasının dollar qarşısında kəskin dəyər itirməsi səbəbindən idxal olunan malların qiymətində də ucuzlaşma olacağı gözlənilirdi. Lakin bunun əksinə olaraq, tikinti materialları bazarında yay ayları ilə müqayisədə qiymət artımı müşahidə olunur.

Qiymət artımının səbəbləri ilə bağlı “Yeni Müsavat” danışan Natiq Cəfərli bildirdi ki, tələbin artması fonunda bazarda təklifin dəyişməməsi bahalaşmaya yol açır: “Tikinti materiallarının bahalaşmasının bir neçə səbəbi var. Birinci səbəb odur ki, yayın sonundan etibarən tikinti işlərinin həcmi artır. Həm şirkətlər, həm də vətəndaşlar tərəfindən həyata keçirilən tikinti işlərinin həcmi artır. Bundan dolayı tikinti materiallarına tələbat da artır. Tələbin artması qiymət artımını da paralel olaraq gətirir. Təəssüf ki, ölkə bazarında tələbat artdıqca təklifin artması müşahidə edilmir”.

İqtisadçının sözlərinə görə, ikinci və daha əsas məqam isə ölkəyə daxil olan tikinti materiallarının tam həcmdə qeydə alınması və onlara gömrük rüsumu və vergi tətbiq edilməsidir: “Gömrük rüsumlarının tam həcmdə ödənilməsi, gömrük əməliyyatlarının obrazlı desək, “ağardılması” prosesi baş verir ki, bu da ödənişlərin həcmini artırır. Ödənişlərin artması da qiymətlərə təsir gösərir və bazarda bahalaşma müşahidə edilir. Mən hesab edirəm ki, bu da son dövrlərdə qiymətlərin artmasında rol oynayan əsas səbəblərdən biridir”.

Şərhlər

məmmədqulu 2018-10-04 17:43:52

Atam-qərdəşüm, Rusiyada, Türkiyədə özlərini cırıb dağıdaraq dollardan imtina etmişdirlər. Belə olan halda onda niyə bahalaşmalıdır o mallar??

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol