Menu

Problemli kreditlər açıqlandı – RƏQƏMLƏR

05.10.2018, 12:01
Problemli kreditlər açıqlandı – RƏQƏMLƏR

Azərbaycanda 2018-ci ilin avqust ayı üçün kredit portfeli 12 mlrd 306,5 mln manat təşkil edib.

Azərbaycanda 2018-ci ilin avqust ayı üçün kredit portfeli əvvəlki aya nisbətən 135,8 mln manat artıb. İlin əvvəli ilə müqayisə də isə kredit portfeli 548,7 mln manat və ya 4,67% artıb.

Problemli kreditlərə gəldikdə isə 2018-ci ilin avqust ayı üçün bu məbləğ ötən aya nisbətən 9,7 mln manat və ya 0,54% azalaraq 1 mlrd 772,4 mln manat enib. İlin əvvəli ilə müqayisə isə problemli kreditlərin məbləği 145,7 mln manat və ya 8,96% artıb.

Problemli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2018-ci ilin avqust ayında 14,6% , sentybarda isə 14,4% olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol