Menu

Con Terri karyerasını başa vurub

08.10.2018, 08:26
Con Terri karyerasını başa vurub

İngiltərə yığması və "Çelsi" klubunun əfsanəvi futbolçusu Con Terri oyunçu karyerasını başa vurduğunu elan edib.

“Report” xəbər verir ki, o bu barədə "İnstagram" profilində paylaşım edib.

"Futbolçu kimi keçirdiyim 23 möhtəşəm ildən sonra qərara gəldim ki, indi karyeramı bitirməyin əsl vaxtıdır", - deyə Terri yazıb.

Futbolçu öz bəyanatında həyat yoldaşı Toniyə, uşaqlarına, valideynlərinə, qardaşına, qohumlarına və dostlarına dəstəyə görə minnətdarlıq edib. Bundan əlavə, Terri komanda yoldaşlarına, məşqçi və menecerlərinə də öz təşəkkürünü bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol