Menu

Bakıya gələrkən aşan avtobusda xəsarət alanların ADLARI məlum oldu - YENİLƏNİB

08.10.2018, 13:27
Bakıya gələrkən aşan avtobusda xəsarət alanların ADLARI məlum oldu - YENİLƏNİB

Lənkəran rayonundan Bakıya gələrkən paytaxtın Qaradağ rayonu ərazisində qəzaya uğrayan mikroavtobusda xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə. hadisə nəticəsində 5 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həmin şəxslər - 1970-ci il təvəllüdlü Quliyeva Vəsilə Gülağa qızı, 1961-ci il təvəllüdlü Fərziyev Möhtərəm Əliheydər qızı, 1966-cı il təvəllüdlü Zəkiyrev Hüseynağa Xəzər oğlu, 2004-cü il təvəllüdlü Kazımov Davud İxtiyar oğlu və 1965-ci il təvəllüdlü Salayeva Qəmər Davud qızıdır.

Yaralıların vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

* * *

Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.

“Report” xəbər verir ki, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.

O qeyd edib ki, yaralılardan 4-ü kişidir: “Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol