Menu

Jirinovski inauqurasiya zamanı yıxıldı

08.10.2018, 18:11
Jirinovski inauqurasiya zamanı yıxıldı

Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vladimirsk vilayətinin qubernatoru Vladimir Sipyaqinin inauqurasiya mərasimi zamanı büdrəyib və yıxılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Sipyaqinin andiçmə mərasimi vilayət administrasiyasının binasında keçirilib.

Andiçmədən və Rusiya prezidentinin Mərkəzi federal dairə üzrə nümayəndəsi İqor Şeqolevin çıxışından sonra Jirinovski səhnəyə dəvət edilib.

Pilləkənləri qalxan zaman o, büdrəyib və yıxılıb. Jirinovski fotoqrafın köməyi ilə ayağa qalxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol