Menu

“İsrail Qəzzada hərbi əməliyyatlar hazırlayır” - Netanyahu

08.10.2018, 21:01
“İsrail Qəzzada hərbi əməliyyatlar hazırlayır” - Netanyahu

“Qəzzadakı humanitar böhran İsrail üçün təhlükədir. Əgər Qəzza sektorunda humanitar vəziyyət yaxşılaşmasa, İsrail ordusu bu regionda hərbi əməliyyat keçirəcək”.

Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri İsrail baş naziri Binyamin Netanyahu hökumətin iclasında deyib.

“İsrail Qəzzada baş verən iğtişaşların miqyasının azaldılmasını istəyir, ancaq biz bunun baş verəcəyinə əmin deyilik. Buna görə də İsrail hərbi əməliyyatlar hazırlayır və bu, boş sözlər deyil”, – Netanyahu bildirib.

Bundan əvvəl İsrail baş naziri Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında Fələstin prezidenti Mahmud Abbası regiondakı vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol