«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Belorus respublikası müharibəyə cəlb olunacağı təqdirdə, hakimiyyət hər bir ailəyə, hər yaşlı kişiyə silah paylayacaq.
Bu barədə Belorus Prezidenti Adeksandr Lukaşenko ötən həftənin sonunda Brest vilayətindəki hərbi poliqona səfəri zamanı bəyan edib. Onun bəyanatı Belorus televiziyasının efirindən nümayiş etdirilib.
«Avtomatlar, tapançalar, pulemyotlar və onlara döyüş sursatı -Allah eləməsin ki, müharibə olsun - biz, hər bir ailəyə paylayacağıq. Və biz, hamılıqla öz ərazilərimizi qoruyacağıq... Gəlin uşaqları çıxardaq... Qocalar, hətta qadınlar və ilaxır: yeddi milyon adam - müdafiə olunmaq üçün yeddi milyon silah alacaq» - Lukaşenko bəyan edib.
O, qeyd edib ki, Belorusun bütün yaşlı vətəndaşları silahdan istifadə etməyi bacarmalıdır.


Şərhlər