Menu

Türkiyədə terrorçular hərbi hissəyə raket atıb - 1 hərbçi şəhid olub, 4 nəfər yaralanıb

09.10.2018, 12:43
Türkiyədə terrorçular hərbi hissəyə raket atıb - 1 hərbçi şəhid olub, 4 nəfər yaralanıb

İraqın şimalından, Zap bölgəsindən Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda yerləşən hərbi hissəyə raket atılması nəticəsində 1 hərbçi şəhid olub, 3-ü hərbçi olmaqla 4 nəfər yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Hakkari valiliyi açıqlama yayıb.

Bildirilib ki, Çukurca rayonunun Güvən dağı bölgəsində yerləşən hərbi hissəyə terrorçu PKK qruplaşması iki raket atıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol