Daha 30 nəfər Ümid Partiyasını tərk edib
Prezident seçkisindən sonra Ümid Partiyasının sədri İqbal Ağazadənin siyasətinə etiraz edən partiya üzvlərinin istefası davam edir.
Partiyanın Oğuz rayon Gənclər təşkilatının sədr müavini Elsəvər Seyidovun Avropa.info-ya verdiyi məlumata görə, İqbal Ağazadənin seçkidən sonra apardığı siyasətə etiraz olaraq partiyanı tərk ediblər. "İqbal Ağazadənin seçkidən sonrakı mövqeyini qəbul etmirik. Mənimlə birlikdə 30 nəfər Ümüd üzvü də partiyanı tərk etmişik. Biz İqbal Ağazadədən fərqli olaraq seçkinin nəticələrinə etiraz etmək fikirindəyik", -deyə o bildirib.
Xatırladaq ki, son bir həftədə Ümid Partiyası istefalar burulğanına düşüb. Partiyanın iki sədr müavini və çoxsaylı üzvləri təşkilatın sıralarını tərk ediblər.


Şərhlər