Menu

Azərbaycana məxsus yük maşını 15 metr yüksəklikdən çaya düşdü - Yaralılar var

12.10.2018, 11:42
Azərbaycana məxsus yük maşını 15 metr yüksəklikdən çaya düşdü - Yaralılar var

Türkiyənin Kayseri vilayətində Azərbaycan seriyalı “99-AZ-285” dövlət qeydiyyat nişanlı yük avtomobili qəzaya uğrayıb.

Trend-in məlumatına görə, avtomobil 15 metr yüksəklikdən Kızılırmak çayına düşüb.

Qəzada eyni zamanda dörd avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində ümumilikdə 7 nəfər yaralanıb. Onların şəhər xəstəxanasına çatdırıldığı, vəziyyətlərinin normal olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol