“NOBEL”İN İQTİSADİYYAT ÜZÜ

Məhəmməd Talıblı

İsveç Kral Elmlər Akademiyasının qərarını açıqladı. İqtisadiyyat üzrə 2018-ci ilin 50-ci yubiley mükafatına amerikalı alimlər Uilyam Nordxaus və Pol Romer layiq görülüblər. U.Nordxaus iqtisadi təhlildə iqlim dəyişiklikləri problemlərinin tətbiqi, P.Romer isə iqtisadi böyümənin səbəblərinin tədqiqi ilə məşğul olublar. Alimlər dövrümüzün ən fundamental və təcili problemlərinin öyrənilməsi metodlarını hazırlayıblar, eləcə də dünya iqtisadiyyatının və əhalinin rifah halının uzun sürən davamlı inkişafını öyrəniblər.

ZƏNGİNLİK VƏ AĞIL YARIŞLARININ ÇEMPİONLARI

Həyatda var olmanın və inkişafın yeganə meyarı vəzifə deyil. Vəzifədə olanı ən yaxşı halda bir ölkə tanıyar. Uzaqbaşı milyardları olar. Nobel mükafatı alanları bütün dünya tanıyır və cəmi 1 milyon dollarlıq mükafatı olur. Bütün mənalarda “Nobel” əvəzsizdir. Əslində zəngin olmaq ayrı-ayrılıqda çoxda mühüm əhəmiyyət kəsb etməyən bir varolma formasıdır. Dünən zəngin olan bu gün yoxsul ola bilir. Alfred Nobelin atası da bu cür yol keçmişdi.

İsveçdə çalışan atası bank borclarının əlindən didərgin düşüb, həbsdən yayınmaq üçün Sank-Peterburqa getmək məcburiyyətində qalmışdı. Amma bu borc itkisi onun biznes uğursuzluğu nəticəsində baş verməmişdi. Fors-major situasiyanın yaranması səbəbilə Stolkholmdakı kauçuk zavodu yanıb külə dönmüşdü. Həmin zavodun içərisində çoxlu sayda pul, qızıl və qiymətli kağızlar yanıb yox olmuşdu. Həyat yoldaşı və uşaqları ilə küçədə qalan Emmanuil Nobelin oğlu olan Alfred Nobelin hələ o zaman 1 yaşı var idi. Buna görə Rusiyaya köçən Nobel ailəsinin sonradan dünyanın bu qədər nüfuzlu ailəsi olacağını da heç təsəvvür edə bilməzdi. Bunu pulun əldən-ələ, şöhrətin dillərdən-dillərə keçməsinin əyani hekayəsi də saymaq olar.

Bu hekayə maddi sərvətlərin və mənəvi zənginliyin hansı mürəkkəb trayektoriya ilə gəzdiyini ifadə edir. İndi artıq dünyada “Forbes”in 100-də yer alacaq dünyada ən zəngin milyarderləri tanımaqdan daha önəmli olan hadisə Nobel mükafatına layiq olanları tanımaq kimi gözəl bir gözləntinin olması əsas sayılır. Ona görədir ki, hər ilin oktyabr ayının 21-də əksər gözlər Stolkholma dikilir. Alfred Nobelin anadan olduğu gündə həmin il üzrə bu mükafata layiq görülən tanınmış simaların elan olunmasını dünya ictimaiyyəti səbrsizliklə gözləyir.

İQTİSADİYYATSIZ “NOBEL” DÖVRÜ

Elmin müxtəlif sahələri və sülh üzrə Nobel mükafatları təsis olunanda iqtisadiyyat sahəsi üçün nominasiya nəzərdə tutulmamışdı. Cəmi 5 istiqamətlə kifayətlənmişdilər. 1968-ci ildə İsveç Mərkəzi Bankı özünün yaranmasının 300 illiyi ilə bağlı iqtisadiyyat üzrə Nobel mükafatının yaradılması təşəbbüsü ilə çıxış etdi. Bankın o zamankı rəhbəri Sveriges Riksbank idi. Bundan sonra 1969-cu ildən başlayaraq iqtisadiyyat üzrə Nobel mükafatlarına layiq görülənlər seçilməyə başlanıldı.

[caption id="attachment_457831" align="alignleft" width="225"]

Yan Tinberqen[/caption]

Düzdür, o zamana qədər iqtisadiyyat üzrə Nobel mükafatı təsis olunmasa da, amma bir neçə riyaziyyatçı iqtisadi sahədəki tədqiqatlarına görə bu mükafata layiq görülmüşdü. Həmin riyaziyyatçıların tədqiqat sahəsi iqtisadi sfera olub. Digər bir maraqlı məqam odur ki, 1969-cu ildə birinci dəfə olaraq iqtisadiyyat üzrə bu mükafata layiq görülən isə ixtisasına görə iqtisadçı yox, fizik idi. Yan Tinberqen və Raqnar Friş öz nəzəriyyələrini Nobel Komitəsinə birgə olaraq təqdim etmişdilər. “Dinamik modelləri inkişaf etdirdiyinə və onun iqtisadi proseslərin təhlilinə tətbiq edildiyinə görə” bu ada layiq görülmüşdür. Ondan sonra məhz bu müəlliflərin əsərləri oxunmağa başlanıldı. Onların fikirləri daha çox ictimai rezonans yaratmağa başladı. Fikirlərinə önəm əhəmiyyətli dərəcədə artdı.

Nobel mükafatının olmadığı dövrlərdə yaxşı iqtisadi nəzəriyyələrin meydana çıxmasına baxmayaraq sonradan onun dəstəklənməsi də xüsusi problem yaratmadı. Nobel Komitəsi yaxşı ideyaları dəstəkləməkdə zaman fərqinə önəm verməyib.

[caption id="attachment_457832" align="alignleft" width="260"]

Raqnar Friş[/caption]

Məsələn, yeni institusional nəzəriyyə kimi qəbul edilən bir ideya olaraq meydana gələndə (1937) onda iqtisadiyyat üzrə bu mükafat yox idi. Əslində isə bu bir nəzəriyyə olaraq əsas qayəsini Ronald Kouzanın həmin ildə nəşr olunmuş “Şirkətin təbiəti” adlı kitabında rast gəlinib. Lakin bu sahəyə maraq uzun illərdən sonra özünə görsətməyə başladı.

Məhz 1970-ci illərin sonlarında ABŞ-da, daha sonra isə Avropada diqqət cəlb etməyə başladı. Bu nəzəriyyə “firmalar öz gəlirlərini maksimumlaşdırmalı deyil, xərcləri minimumlaşdırmalıdır” kimi mövzunu elmi dəlillərlə əsaslandırmasına həsr olunmuşdu. Bu mükafat 1991-ci ildə “Nobel” mükafatına layiq görüldü. Yəni, bu onu göstərir ki, ağıllı ideya ölü ideya olaraq uzun illər kölgədə qala bilməz.

SEVDİYİM “NOBEL”ÇİLƏR

Hava soyuyanda insan ona kölgə salan ağacları unutduğu kimi, həyatdan gedən insanları da unutmağa meyllidir. İnsanın təbiətində bunlar var. Yüksək mənəviyyatlı insanların şüurlarında özünə dərin izlər buraxmış dahilər isə cəmiyyətin mənəvi həyatında uzun illər qalır. Belə seçilmişlərin ən sanballılarından “Nobel”çiləri desək, yanılmarıq.

[caption id="attachment_457834" align="alignleft" width="232"]

Pol Samuelson[/caption]

Mənim belə seçilmiş iqtisadçılar içərisində daha çox sevdiyim Nobel mükafatı almış müəlliflərim var: Pol Samuelson (1970) Fridrix Fon Hayek (1974), Milton Fridman (1976), Teodor Şults (1979).

Nisbətən daha müasirlərimiz saya bildiklərimiz sırasında isə Duqlas Nort (1993), Amartia Sen (1998), Cozef Stilqlits (2001), Maykl Spens (2001), Robert Enql (2003), Klayv Qrancer (2003), Pol Kruqman (2008), Muhammad Yunus (2006) var. Onlar ildən-ilə mürəkkəbləşən iqtisadiyyat elminin dərinliklərindən cövhərlər tapıb çıxarırlar. Bu müəlliflər təkcə apardıqları tədqiqatlar və iqtisadi elmində açdığı yeni cığırları ilə fərqlənmirlər, həm də çox fərqli üslubları ilə seçiliblər. Ona görə onların yazdıqların oxumağın özü isə ayrı-ayrılıqda çox böyük zövq mənbəyidir. Oxumaqdan söz düşmüşkən…

Nobel mükafatına layiq görülən belə müəlliflərin bu kitablarını oxumağı hər bir gənc iqtisadçıya tövsiyyə edərdim. Cozef Stiqlistin “Qloballaşma və onun doğurduğu narazılıqlar”, Amartya Senin “Özgürlüklə kalkınma”, Fridrix Hayekin “Hüquqi qanunvericilik və azadlıq”, Muhammad Yunusun “Kasıbların bankiri” kitabları bu baxımdan çox möhtəşəmdirlər.

SOVET VƏ ABŞ İQTİSADÇILARININ NOBEL YOLU

Azərbaycanda “Nobel”çiləri daha yaxından tanıyan və onları əsərlərinin məzmunlarına qədər ən bilgili insan kimi tanıdığım bir nəfər varsa, bu heç şübhəsiz ki, təhsil üzrə ekspert olaraq tanıdığımız Etibar Əliyevdir, desəm, yanılmaram. Onun ədəbiyyat sahəsi üzrə “Nobel”çilərin həyatı ilə bağlı hazırladığı antalogiya onları tanıtım baxımından çox faydalı bir mənbə sayıla bilər. Etibar bəyin iqtisadiyyat sahəsində keçmiş sovet məkanında “Nobel” alanların sayı ilə bağlı rəqəmi mənə çox maraqlı gəldi. Deməli, təhsil sistemi ilə öyündüyü Sovetlər Birliyinin (Rusiya Federasiyası da daxil olmaqla) cəmi 2 iqtisadçısı “Nobel”ə layiq görülüb.

Ümumilikdə isə, iqtisadiyyat üzrə Nobel mükafatına 1969-cu ildən 2017-ci ilə qədər cəmi 79 nəfər layiq görülüb. Onların 55-i Amerika, 10-u ingilis iqtisadçısıdır. Yerdə qalanlar başqa ölkələrin payına düşür. Amerikanların 55 “Nobel”çisinin 35-i hazırda həyatda yaşayırlar. Həmin iqtisadiyyat üzrə bu mükafata layiq görülən 79 iqtisadçının isə 56-ı Amerika alimləridir. 2018-ci ildə bu siyahıya layiq görülənləri də əlavə etsək, cəmi cəmi 81 iqtisadçının 58-I Amerika iqtisadçılarıdır. Onlar müxtəlif universitetlərdə dərs deyir və ya tədqiqat mərkəzlərində çalışırlar. Onlar qlobal miqyasda dünya iqtisadi siyasətini müəyyənləşdirən fikir insanlarıdır.

NOBEL DƏRSLƏRİ

Sizinlə daha maraqlı bir statistikanı bölüşəcəm. Deməli, XXI əsrə qədəm qoyandan bu ilə qədər (2000-2017) iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülənlərin demək olar ki, hamısı Amerika iqtisadçılarıdır. Kiçik istisnalar olanlar belə digər başqa dövlətlərin təmsilçiləri olmaqlarına baxmayaraq onlardan bəzilərinin əsas fəaliyyətləri Amerika ilə bağlıdır. Məsələn, onlardan biri sosial biznes nəzəriyyəsi üzrə Nobel mükafatına layiq görülən Muhammad Yunus Banqladeşdə doğulmasına baxmayaraq o, hal-hazırda ABŞ-da universitetlərdən birində çalışır.

[caption id="attachment_457839" align="alignleft" width="720"]

Muhammad Yunus[/caption]

 

İqtisadiyyat üzrə “Nobel”çilərlə bağlı çıxarmalı olduğum bir nəticəni də sizlərlə bölüşməkdə fayda görürəm. Deməli, cahanşumul ideyaların meydana çıxması və onun Nobel Komitəsinə qədər gedib çıxmasının altında bir sirr yatır: Amerika iqtisadçıları əsasən birgə tədqiqat aparmaq mədəniyyətinə və peşəkarlığına sahibdirlər! Maraqlıdır ki, bu mükafata layiq görülənlər arasında təkbaşına uğur çox aşağı səviyyədədir. Kiçik istisnalar olmaqla mükafata layiq görülənlərin tərkibi əsasən iki, bəzən isə üç nəfər olub. Komanda işi formasında nəzəriyyətlər üzərində çalışmalar ağırlıq təşkil edir. Bu mükafata layiq görülənlərlə bağlı çıxardığım dərslərdən biri də budur.

Çox ümidliyəm ki, növbəti illərdə Aziz Sancardan, Orxan Pamukdan sonra Türk dünyasından bu mükafata layiq görülənlər olacaq. Hələlik şəxsi gözləntilərimə görə, iqtisadiyyat sahəsində bu mükafata daha çox yaxın olan İstanbul doğumlu Daron Acemoğlunun şansları çox yaxındır. Onun Ceyms Robinsonla birgə apardığı tədqiqat hazırda dünyada ən məşhur araşdırma mövzularından (iqtisadi və siyasi azadlıqlar arasında sinergetik əlaqə) hesab olunur. Yeri düşmüşkən, Daron Acemoğlu bu mükafata yaşına görə ən gənc namizədlərdən sayıla bilər.

Nobel”çilər dünyada elmə artan marağı təşviq edən şəxslərdir. Dünyanı gözləyən kataklizmlərə mümkün olan formada mane olmağı bacaran onlar sülhə və inkişafa tövhə verirlər. Bilik və informasiyanın hakim olduğu dünyada elm sahəsində sözünü demək, qlobal miqyasda gücün və hakimiyyətin onlara doğru istiqamət götürməsi ilə nəticələnir. İqtisadiyyat sahəsində (menecment nəzəriyyəçisi) sözünü demiş Piter Drukerin fikri var: “Hakimiyyət və nəzarət tədricən kapital sahiblərindən bilik və informasiya sahiblərinə, onlardan effektli istfadə texnologiyalarına malik olanlara keçir.”

Belə transformasiya dövrü yaşayan dünyada isə yaşamaq həm xoşdur, həm də maraqlı…

635x100

Şərhlər

Məhəmməd Talıblı 2018-10-12 16:39:08

Lütfən, fərqli fikirlərimizin olmasını sizin elmi diskusiyalardan uzaqda olması və ya "dar düşüncəli" yozum anlamına qətiyyən gəlmir. Mən belə fikirdən xeyli uzağam. Düşüncənizə hörmət edirəm.Tanımadığım bir insan haqqında belə fikirləşməyim doğru olmaz. Fikir toqquşması, insanların toqquşması deyil.

Kilimci 2018-10-12 16:39:08

Ve melumat ucun bildirim ki, dunyadaki elmi diskusiyalardan da xeberim var, dunyaya acilimaq meselesine geldikde ise men bunu 2008-ci ilden etmishem ve magistr, PhD pillelerini bitirib hazirda xarici universitetlerin birinde muellim kimi calishiram. Bunu demekde meqsedim yazdiqlarimin etanomerkezci, dar dushunceli birinin fikirleri kimi qebul olunmasini istememeyimdir. Fikirlerinize hormetle yanasharaq, yene de o dushuncedeyem ki, sohbet bir ermeniden gedirse milli kimlik bizim ucun onemlidir.

Məhəmməd Talıblı 2018-10-12 16:39:08

Türkiyənin elmi, biznes və mədəniyyət dünyasında erməni əsilli insanların sayı olduqca çoxdur.Türkiyədə 300 mindn çox bizimlə düşmən ölkənin vətəndaşları yaşayır.Türkiyədə doğulan D.Acemoğlu indi dünyada ən çox pul qazanan ekonomistlərdən sayılır. Kitabları, tədqiqatlarına önəm verilir. Araşdırmalarına böyük maraq var. Bu marağın nəticəsi deyilmi ki, Türkiyədə "Ulusların çöküşü" əsəri indi Azərbaycanda "Millətlər niyə tənəzzül edir"i dilimizə tərcümə olunub.Bu təbliğat deyil, dünyaya açılım təzahürüdür.

Məhəmməd Talıblı 2018-10-12 16:39:08

D.Acemoğlu bir iqtisadçı olaraq hansı təklifi qəbul edəcəyi onun özünün şəxsi seçimidir. Onu bir bilim adamı olaraq Paşinyan da dəvət edə bilər, Ərdoğan da... Kim ölkəsində iqtisadi azadlıqlar hesabına xarici sərmayəni vacib hesab edirsə, o təklifi də o edir. Dünyada nə qədər yəhudi əsilli iqtisadçı bizim ölkə ilə əməkdaşlıq edir? Dünyanın elmi egidasında bəşəriyyətə faydası olan hər bir şəxsi elmi uğurlarını bir kənara qoyub, yalnız milli kimliyini əsas götürsə, onda gərək dünya kiçik adalara bölünə...

Məhəmməd Talıblı 2018-10-12 16:39:08

Etibar müəllim, mən də öz növbəmdə Sizə təşəkkür edirəm. Daron Acemoğlu ilə bağlı yazıya münasibət bildirməyi vacib bildim. Əvvəla, bizim hansı münasibətdə olmağımızdan asılı olmayaraq D.Acemoğlu bu gün bir populyar ekonomist olması bir reallıqdır. Bu yazı da onu vəhs edən heç bir xüsusi təbliğat motivi yoxdur. Onun bu mükafat üçün nisbətən gənc hesab olunan bu yaşda Nobel mükafatına şansının yaxın olması ilə bağlı söylədiyim yeni bir fikir də deyil.Bu gün dünyadakı elmi diskusiyalarda bu gedir.

Kilimci 2018-10-12 16:39:08

Ve o shexs ermenistanin inkishafi ucun bu ishgalci olkenin hakimiyyeti ile emekdashliq etmeye hazir oldugunu bildirib. Bu sebebden de bir Azerbaycan respublikasi vetendashi kimi qeleme alinma meqsedinden asili olmayaraq icinde hansisa bir ermeninin tebligati geden istenilen yazinin eleyhineyem. Yazilari oxucular terefinden maraqla qarshilananan hormetli muellifin, elece de hormetliyi sayt rehberliyinin bunu nezere alacagina umid edirem.

Kilimci 2018-10-12 16:39:08

Daron Acemoglu ermeni esillidir.

Kilimci 2018-10-12 16:39:08

Kiminse kitabinin haradasa tercume olunub cap olunmasi bir meyar hesab oluna bilmez, ona qalsa Gulenin, Harun Yehyanin da kitablari bir vaxtlar vitrinleri bezeyib. O shexsin Turk dunyasinin temsilcisi oldugu fikri ile de razi deyilem. Ve eger sohbet bir ermeniden gedirse, beli milli kimlik bizim ucun esas goturulmelidir. Teklif qebul etmeye geldikde ise sabah qondarma "DQR" in de iqtisadi inkishafi ucun de emekdashliq edende bu cenabiniza vetendash olaraq tesir etmeyecekmi?

Etibar Əliyev 2018-10-12 16:39:08

Təşəkkürlər, Məhəmməd müəllim

Son yazılar