Menu

RUSLAN EYYUBOV EVƏ BURAXILDI - Ona yekun ittiham elan edilib (Yenilənib)

05.06.2026, 21:22
RUSLAN EYYUBOV EVƏ BURAXILDI - Ona yekun ittiham elan edilib (Yenilənib)

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən məşhur iş adamı Ruslan Eyyubov həbsdən azad olunub.

“AzPolitika”nın “Qafqazinfo”ya istinadəın verdiyi məlumata görə, to, ev dustaqlığına buraxılıb.

Məhkəmə qətimkan tədbirini dəyişərkən R.Eyyubovun səhhətində yaranmış problemləri nəzərə alıb.

Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov barəsindəki ibtidai istintaq başa çatıb. Ona yekun ittiham elan edilib.

***

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ilkin istintaq başa çatıb.

Təqsirləndirilən şəxslərə artıq yekun ittiham elan edilib.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digərləri barəsindəki istintaq sənədləri tanışolma üçün müdafiə tərəfinə təqdim olunub.

Həmçinin oxu: Ruslan Eyyubov həbsdən azad edildi

Tanışolma prosesi başa çatdıqdan sonra toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (külli miqdarda qaçaqmalçılıq - mütəşəkkil dəstə tərkibində törədildikdə), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər. Bu əməllər xüsusilə ağır cinayət hesab olunur.

Qeyd edək ki, cinayət işləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Təqsirləndirilən şəxslərin hamısı ötən ilin dekabrından həbsdədirlər.

Şərhlər

Cəmil 2026-06-05 23:08:01

Bəs qalanları?

Firudin 2026-06-04 16:12:10

Bunların hansı Azərbaycan türküdür?Onlar bu vəzifələrə necə təyin ounublar?Qaçamalçılıq üçün? Məsələni bu sualların cavabından sonra daha doğru araşdırmaq ,oradan başlamaq faydalı olar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol