Bakı şəhər sakini Orucova Samirə Mahir qızı 2019-cu il təvəllüdlü oğlu Nihatın sağlamlığı üçün imkanlı şəxslərdən yardım istəyir.
S. Orucova övladının yaşıdlarından geri qaldığını, danışıq və ünsiyyət bacarıqlarında çətinliklər yaşadığını bildirir. Onun sözlərinə görə, həkimlər övladının uzunmüddətli loqoped və reabilitasiya müalicəsi almasını tövsiyə ediblər.
Ananın sözlərinə görə, bir kurs loqoped müalicəsi 300 manat təşkil edir. Maddi imkanları məhdud olan Samirə xanım övladının müalicəsini təkbaşına davam etdirməkdə çətinlik çəkdiyini bildirir.
S. Orucova ümid edir ki, xeyirxah insanlar kiçik Nihatın sağlamlığı üçün kömək əlini uzadacaqlar.
Yardım etmək istəyənlər üçün məlumat:
Kapital Bank kart nömrəsi: 5239 1517 3928 6964 (kart anaya məxsusdur)
Əlaqə nömrəsi: (070) 525 62 03 — Samirə Orucova





Şərhlər
Regionunu lider dövləti görəsən öz vətəndaşlarına niyə sahib çıxa bilmir, ölkə əhalisinin yarısı dağılıb Türkiyə Rusiyanın küçələrinə qalanları da belə səgalətdə yaşayırlar məmurlar da milyardları xortumluyurlar
Milyonu yeyenler hara baxir? Kordular , laldilar ?Hmmmm
YAZIQ MILLET...SOSIAL ŠEBEKE VASITESIYLE PULLU INSANLARDAN YARDIM ISTEYIR....ARXASI YOXDUR...ONA GŎRE......
Bizde SMN var? bilen varsa yazsin