Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə nümayiş etdirdiyi jest gülüşlə qarşılanıb.
“AzPolitika”nın məlumatına görə, maraqlı an Paşinyanla müxalifətçi deputat Qarnik Davtyan arasında baş tutan dialoq zamanı yaşanıb.
Deputat bir neçə gün əvvəl Ermənistana keçən azərbaycanlı hərbçinin məsələsini gündəmə gətirib. O, Paşinyandan həmin hərbçinin Azərbaycana təhvil verilməsi ilə bağlı sual soruşub.
“Əgər buna mane ola bilmirsinizsə və gücünüz çatmırsa, bizə bir işarə verin, biz də anlayaq”, – deyə Davtyan bildirib.
Baş nazirin bu sözlərə cavab olaraq etdiyi jest isə kameraların obyektivinə tuş gəlib və parlamentdə gülüşə səbəb olub.


Şərhlər