Menu

TANINMIŞ CƏRRAH VƏFAT EDİB - 44 yaşında

01.06.2026, 13:44
TANINMIŞ CƏRRAH VƏFAT EDİB - 44 yaşında

Nizami Tibb Mərkəzinin ümumi cərrahı Asiman Əhmədova vəfat edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Nizami Tibb Mərkəzi məlumat yayıb.

Məlumata görə, Asiman Əhmədova 1982-ci ildə anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2004-2006-cı illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında Cərrahiyyə ixtisası üzrə təhsil alıb.

2008-ci ildən müxtəlif tibb müəssisələrində ixtisası üzrə işləyən Asiman Əhmədova 2024-cü ildən Nizami Tibb Mərkəzində ümumi cərrah olaraq fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol