Menu

Gültəkin Hacıbəyliyə qarşı saxta iddialarla məhkəmə başlayır

14.10.2013, 11:34
Gültəkin Hacıbəyliyə qarşı saxta iddialarla məhkəmə başlayır

Bu gün saat 13.30-da Yasamal Rayon Məhkəməsində hakim Sərvər Mehrəliyevin sədrliyi ilə Mehdiyev Mahmud Lətif oğlunun və onun bacısı Mehdiyeva Aynurə Lətif qızının Milli Şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri Gültəkn Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında verdikləri şikayət üzrə məhkəmə baxışı başlayacaq. Məhkəmədə geniş ictimaiyyətin nümayəndələri iştirak edəcək. Mehdiyevlərin iddialarına görə Aynur Mehdiyeva heç vaxt tutulmayıb, heç bir istintaqa cəlb edilməyib və Gültəkin Hacıbəyli “Azadlıq” qəzetinə verdiyi 05.09.2013 tarixli müsahibəsində DİN-in məlumatını təhrif edib.

Bu ilin iyun ayının 13-də DİN-in rəsmi saytında aşağıdakı məlumat yayılmışdı: “DİN-in İnsan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may ayının 20-dən iyun ayının 10-dək olan müddət ərzində Bakı şəhər sakini Aynur Mehdiyevanın BƏƏ-nin Dubay şəhərindən Filippin vətəndaşını (28 yaşlı qadın) dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə əməyinin istismar olunması faktı müəyyən edilib". DİN-in başqa bir rəsmi məlumatında Aynur Mehdiyevanın filippinli qadının əməyini bir ildən artıq müddətə istismar etdiyi göstərilirdi. Həmin tarixdə bir çox hakimiyyətyönlü KİV-lər DİN-in mətbuat xidmətinə istinadən Aynur Mehdiyevanın tutulması və saxlanması xəbərini yaymışdılar. Müxtəlif media quruluşlarının, o cümlədən, “Azadlıq” qəzetinin sorğularına cavab olaraq, DİN rəsmiləri dəfələrlə Aynur Mehdiyevanın istintaqının davam etdiyini bildiriblər.

07.10.2013-cü tarixində “Miqrantlara Hüquqi yardım ”İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyevin Moderator.az-a verdiyi məlumata görə artıq Aynurə Mehdiyeva ilə filippinli qadının üzləşməsi başa çatıb: “Üzləşmə zamanı Filippinli xanım onun (Aynur Mehdiyevanın) üzünə dedi ki, istismar edib və əmək haqqını ödəməyib. Bu, bir daha təsdiq edir ki, Filippinli istismara məruz qalıb.”

Xatırladaq ki, bugünədək DİN Aynur Mehdiyevanın tutulması, saxlanması, habelə barəsində istintaq getməsi, işinin məhkəməyə hazırlanması, filippinli qadınla üzləşməsinə dair bu məlumatların heç birini təkzib etməyib.

Göründüyü kimi, Aynur Mehdiyeva tərəfindən filippinli qadının əməyinin bir ildən artıq zor tətbiq edilməklə istismar eilməsi faktını yayan, Aynur Mehdiyevanın istintaqının davam etməsini, onun törətdiyi əmələ görə məhkəmə qarşısında cavab verməli olduğunu bildirən DİN-in rəsmi qurumları olduğu halda və hətta üzləşmə kimi istintaq hərəkətinin həyata keçirildiyi fakt olaraq ortada olduğu şəraitdə Mehdiyevlərin Gültəkin Hacıbəylini nədə ittiham etməsi anlaşılan deyil. Məntiqlə, ya Aynur Mehdiyeva yalan danışır, ya da DİN həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ictimaiyyəti aldadır və Aynur Mehdiyevaya böhtan atır. Blədə ya Aynur Mehdiyeva DİN-i böhtana görə məhkəməyə verməli, ya da DİN Aynur Mehdiyevanın işini, ən azı, əməyin istismarı cinayətinə görə məhkəmə baxışına təqdim etməlidir. Lakin Mehdiyevlər ailəsinin on ildir üzünü belə görmədikləri keçmiş gəlinlərinə qarşı bir-birindən absurd artıq üçüncü məhkəmə iddiası ilə çıxış etməsi, hakimiyyət KİV-lərinin geniş informasiya dəstəyi ilə biabırçı və hətta 37-ci ildə belə təsadüf edilməyən "ifşa" kampaniyası həyata keçirməsi çox mətləbləri anlaşılan edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol