Menu

Ötən il Azərbaycanda 2811 uşaq ölüb

05.08.2014, 16:16
Ötən il Azərbaycanda 2811 uşaq ölüb

Ötən il Azərbaycanda perinatal dövrdə 1705 nəfər ölüb. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ölü doğulanların sayı 576, yeddi günədək yaşayan uşaqların sayı 1129 olub. Perinatal ölümün əmsalı isə (hər 1000 nəfərə diri və ölü doğulana) 9.8-dir.

2013-cü ildə uşaqlar arasında ölənlərin sayı 2811 olub. Onlardan 1591-i oğlan, 1220-si qız olub.

Ötən il 25 ana ölümü baş verib. Hər 100 000 nəfər diri doğulana 14.5 nəfər düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol