Dağıstanın Xasavyurd rayonunda antiterror əməliyyatı zamanı İŞİD terror qruplaşmasının tərəfdarları olan iki yaraqlı zərərsizləşdirilib.Bu barədə RİA Novosti xəbər yayıb.
Bildirilir ki, öldürülən İŞİD-çilər hüquq-mühafizə orqanları əməkdaşlarına hücumlarda, habelə bu il Komsomolsk kəndində iki polis əməkdaşının qətlində iştirak ediblər.
Əməliyyat zamanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin iki xüsusi təyinatlısı və “Rosqvardiya”nın bir əməkdaşı yaralanıb.


Şərhlər