Menu

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir

16.10.2018, 00:43
ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir

ABŞ Xarici işlər naziri Mayk Pompeo itkin düşən Səudiyyə Ərəbistanlı jurnalist Camal Kaşıkçı üçün Səudiyyə Ərəbistandan sonra Türkiyəyə gedəcək.Musavat.com-un “Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Təhlükəsizlik Şurasının sözcüsü məlumat yayıb.

Qeyd edək ki, Amerikanın "Washington Post" qəzetində icmalçı işləyən və 2017-ci ildən ABŞ-da yaşayan Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girdikdən sonra itkin düşüb.Bu barədə ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistan Kralı Salman bin Əbdüləziz ilə telefonla danışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol