Menu

UEFA Rumıniya yığmasına qarşı intizam işi açıb

16.10.2018, 22:48
UEFA Rumıniya yığmasına qarşı intizam işi açıb

UEFA Rumıniya yığması barədə intizam işi açıb. "Report" qurumun saytına istinadən xəbər verir ki, araşdırma Millətlər Liqasının IV turunda evdə Serbiya yığmasına qarşı keçirilmiş oyunla bağlı aparılacaq.

İntizam işi reqlamentin 3 bəndi üzrə açılıb. Komanda azarkeşlərinin intizamsızlığına görə ittiham olunur. Fanatlar sözügedən qarşılaşmada irqçi ifadələr işlədib, meydana girib, həmçinin pirotexniki vasitələrdən istifadə ediblər.

Bu məsələyə oktyabrın 25-də baxılacaq.

Qeyd edək ki, Rumıniya - Serbiya matçı 0:0 hesabı ilə başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol