Menu

Faktiki hava açıqlanıb

17.10.2018, 11:35
Faktiki hava açıqlanıb

Oktyabrın 16-sı axşamdan 17-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 16-sı axşamdan 17-si səhərədək Bakıda və Abşeron yarımadasında, bəzi şimal və şərq rayonlarında yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-27, Astarada 4, Neftçala, Göyçay, Şamaxıda 0.4-1 mm olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol